"Condor" aviaşirkəti Gürcüstanda fəaliyyətini bərpa edəcək və Frankfurt – Tbilisi – Frankfurt reyslərini həyata keçirəcək
"Condor" aviaşirkəti Gürcüstanda fəaliyyətini bərpa edəcək və Frankfurt – Tbilisi – Frankfurt reyslərini həyata keçirəcək

Almaniyanın Condor aviaşirkəti Gürcüstan aviasiya bazarına qayıdır. Bu barədə Mülki Aviasiya Agentliyi məlumat yayır.

Onların məlumatına görə, uçuşlar iyunun 15-dən etibarən Frankfurt-Tbilisi-Frankfurt marşrutu üzrə həyata keçiriləcək.

“Cari ilin 15 iyunundan etibarən aviaşirkət Frankfurt – Tbilisi – Frankfurt hava xətti üzrə sərnişin reyslərini həyata keçirəcək. Mülki Aviasiya Agentliyinə təqdim olunan müraciətə əsasən, müntəzəm hava daşımaları hər gün Embraer 190 tipli hava gəmiləri ilə həyata keçiriləcək.

Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyi aprelin 20-də Almaniya aviaşirkətinə uçuşların həyata keçirilməsi üçün lazımi icazə verib”, – deyə Mülki Aviasiya Agentliyinin yaydığı məlumatda deyilib.