Con Tun ABŞ Senatında Respublikaçılar Partiyasının lideri seçilib

21:56, 13.11.2024

Con Tun ABŞ Senatında Respublikaçılar Partiyasının lideri seçilib. Məlumatı “BBC” yayır.

Cənubi Dakotanın respublikaçı senator Con Tuni 20 ildir Senatda Respublikaçılar Partiyasının lideri olan Mitç Makkonelin yerini tutacaq.

İkinci qapalı səsvermədə Tun senator Con Kornini məğlub etdi. Səsvermə nəticəsində Tun 29, Kornin isə 24 səs toplayıb.İlk gizli səsvermədə heç bir namizəd səs çoxluğu əldə etmədiyi üçün ikinci gizli səsvermədə yalnız Tun və Kornin iştirak edirdi.

Bir neçə gün əvvəl ABŞ Senatında Respublikaçıların lideri Mitç Makkonel noyabrda istefa verəcəyini bildirdi.

Oxşar