Con Kirbi – İsrailin Qolan təpələrinə edilən hücuma cavab vermək hüququ var

10:26, 30.07.2024

 
Ağ Evdə İsrailin Qolan təpələrinə edilən hücuma cavab vermək hüququnun olduğunu bildirirlər. Bu haqda Ağ Evin Milli Təhlükəsizlik üzrə sözçüsü Con Kirbi jurnalistlərə açıqlayıb və ABŞ-ın hadisəni qəti şəkildə pislədiyini əlavə edib.

Con Kirbi bildirib ki, hücumu “Hizbullah” həyata keçirib, baxmayaraq ki, “Hizbullah”ın özü bunu inkar edir.

“Bu, onların raketidir. Onların nəzarət etdikləri ərazidən buraxılıb” – Kirbi mətbuat konfransında deyib.

Ağ Evin Milli Təhlükəsizlik üzrə sözçüsü, ABŞ-ın diplomatik həll üçün hələ vaxt və məkanın olduğuna inandığını bildirib. O əlavə edib ki, israilli və livanlı həmkarları ilə davamlı müzakirələr aparır.

“Bizim İsrailin təhlükəsizliyinə dəstəyimiz güclüdür. Heç bir xalq israillilərin üzləşdiyi belə ciddi təhlükələrə dözə bilməz” – Ağ Evin Milli Təhlükəsizlik üzrə sözçüsü bildirib.

Qolan təpələrinin şimal hissəsinə edilən hava hücumu nəticəsində son məlumatlara görə, aralarında uşaqların da olduğu azı 12 nəfər həlak olub. 30-dək insan yaralanıb. İsrailin Müdafiə Qüvvələrində raketin uşaqların oynadığı futbol meydançasına düşdüyünü bildirirlər. İsrail hadisədə “Hizbullah”ı günahlandırır, “Hizbullah” isə bunu qəti şəkildə inkar edir.

Oxşar