Co Vilson - Gürcüstanın təcili olaraq azad və ədalətli seçkilərə ehtiyacı var
Gələcək diktator Bidzina İvanişviliyə qarşı tətbiq edilən sanksiyaları təqdir edirəm, Gürcüstanın təcili olaraq azad və ədalətli seçkilərə ehtiyacı var, – bu barədə Helsinki Komissiyasının sədri, respublikaçı konqresmen və “Dostluq aktı”nın müəllifi Co Vilson sosial şəbəkədə yazır.
Onun söylədiyinə görə, Bidzina İvanişvili Gürcüstanın suverenliyini və demokratiyasını məhv etməyi planlaşdırır.
“Mən gələcək diktator Bidzina İvanişviliyə qarşı tətbiq edilən sanksiyaları təqdir edirəm. Bu barədə 2020-ci ildə Respublika Tədqiqat Komitəsinə bildirdim. İvanişvili Amerikaya nifrət edir, Çin və İranı sevir. O, Gürcüstanın suverenliyini və demokratiyasını məhv etməyi planlaşdırır. “Gürcüstanın təcili olaraq azad və ədalətli seçkilərə ehtiyacı var” – Vilson sosial şəbəkədə yazır.
Məlumat üçün bildirək ki, ABŞ-ın Xəzinədarlıq Departamenti Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edib. Qərar Departamentin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc edilib.