Co və Cill Bayden Ağ Evdə Donald Tramp və Melaniya Trampa ev sahibliyi edirlər
ABŞ-ın hazırkı prezidenti Co Bayden və birinci xanım Cil Bayden Ağ Evdə yeni seçilmiş prezident Donald Tramp və xanımı Melaniya Trampa ev sahibliyi edirlər.
Donald və Melaniya Tramplar ibadət mərasimində iştirak etdikləri Vaşinqtondakı Müqəddəs Con kilsəsindən Ağ Evə gəliblər.
ABŞ-da 1837-ci ildən bəri qurulan ənənəyə əsasən, hazırkı prezident gələn prezidenti çayda qonaq edir, bundan sonra onlar andiçmə mərasiminin keçiriləcəyi Kapitoliyaya gedirlər.
Donald Tramp qeyd olunan ənənəni 2021-ci ildə, Baydenin andiçmə mərasimindən əvvəl yerinə yetirməkdən imtina edib.