Co Uilson - "Gürcü Arzusu"nun standartlarına görə belə, rejimin müxalifət liderlərinə qarşı yeni, siyasi motivli ittihamları dəhşətlidir
Co Uilson - "Gürcü Arzusu"nun standartlarına görə belə, rejimin müxalifət liderlərinə qarşı yeni, siyasi motivli ittihamları dəhşətlidir

ABŞ konqresmeni Co Uilson bildirir ki, “Gürcü Arzusu”nun müxalifət liderlərinə qarşı yeni, siyasi motivli ittihamları dəhşətlidir. Uilson bu barədə sosial şəbəkədə yazır.

Konqresmen, “Avropa üçün Liberallar və Demokratların Alyansı” (ALDE) partiyasının bəyanatına münasibət bildirir, həmin bəyanata əsasən, “Gürcü Arzusu”nun hakimiyyəti altında Gürcüstan tam avtokratiyaya doğru sürüklənir.

“”Gürcü Arzusu”nun standartlarına görə belə, rejimin müxalifət liderlərinə qarşı yeni, siyasi motivli ittihamları dəhşətlidir. Bu xəstə davranış onların Moskva və Pekindəki himayədarlarının taktikasını əks etdirir. Anti-Amerika yönümlü “Gürcü Arzusu” rejimi, Moskva, Tehran və Pekinin maraqları xeyrinə öz xalqına xəyanət edir”, – o yazır.

Məlumat üçün bildirək ki, Mixeil Saakaşvili, Qiorqi Vaşadze, Nika Qvaramia, Nikanor Melia, Zurab Caparidze, Elene Xoştariaa, Mamuka Xazaradze və Badri Caparidzeyə qarşı cinayət təqibi başlanılıb.