Co Bayden Volodimir Zelenskiyə – siz heç vaxt tək qalmayacaqsınız

10:11, 22.12.2022

 

Siz heç vaxt tək qalmayacaqsınız– ABŞ Prezidenti Co Bayden Ukrayna Prezidenti Volodimir Zelenskiyə görüşdən sonra Ağ Evdə keçirilən birgə mətbuat konfransında belə müraciət edib.

Bayden bildirib ki, Rusiyanın apardığı müharibənin 300 gündən artıqdır davam etməsi fonunda amerikalıların və dünyanın qalan hissəsinin birbaşa Prezident Volodimir Zelenskini , Ukraynanın mübarizəsini və 2023-cü ildə bir yerdə olmağın zərurətini dinləmələri vacibdir.

O, təkcə bu gün USAID-in Ukraynaya 374 milyon dollarlıq humanitar yardım göndərdiyini bildirib.

ABŞ Prezidenti həmçinin 1,85 milyard dollarlıq yeni hərbi yardım paketini açıqlayıb.

“Bu gün mən Ukraynaya təhlükəsizlik yardımının növbəti tranşını elan edirəm. 1,85 milyard dollarlıq paketə həm Ukraynaya lazım olan avadanlığın birbaşa transferi, həm də Ukraynanın öz artilleriya, tank və raket sistemləri üçün yaxın aylarda ehtiyac duyacağı sursatların tədarükü üçün müqavilələr daxildir. Bu yeni imkanlarla yanaşı, paketə “Patriot” batareyalarının da daxil olması vacibdir” – deyə Bayden açıqlayıb.

Bayden bildirib ki, Rusiya qışdan “silah kimi istifadə edir”.

“İnsanları dondurur, ac qoyur, onları bir-birindən ayırır. Biz Rusiyanın cavab verməsi üçün çalışırıq. Onların arasında Ukraynadakı rus hərbi cinayətlərinə görə ədalət axtarışını asanlaşdıracaq Konqresdəki səylər də var”- deyə Bayden açıqlayıb.

Oxşar