Co Bayden Volodimir Zelenski ilə müzakirə edəcəyi çoxlu məsələlər olduğunu açıqlayır

18:40, 21.12.2022

 

ABŞ prezidenti Co Bayden Volodimir Zelenski ilə müzakirə edəcəyi çoxlu məsələlər olduğunu açıqlayır.

Bu barədə Bayden “Twitter”də yazıb.

“Ümid edirəm ki, yaxşı səyahət edirsən, Volodimir. Sizi burada məmnuniyyətlə gözləyirik. Müzakirə ediləcək çox şey var” – deyə Co Bayden yazır.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-a yola düşüb, ölkə prezidenti Co Baydenlə görüşəcək, həmçinin Konqresdə çıxış edəcək və ikitərəfli görüşlər keçirəcək.

Oxşar