Co Bayden və Si Dzinpin noyabrın 14-də İndoneziyada keçirilməsi planlaşdırılan G20 sammitində görüş keçirəcəklər

21:01, 10.11.2022

 

ABŞ və Çin prezidentləri Co Bayden və Si Dzinpin noyabrın 14-də İndoneziyada keçiriləcək G20 sammitində görüş keçirəcəklər. Bu barədə Ağ Ev məlumat yayır.

ABŞ Prezident Administrasiyası tərəfindən verilən məlumatda Co Bayden və Si Dzinpinin regional və qlobal məsələləri müzakirə edəcəkləri deyilir.

“Liderlər ABŞ və Çin arasında kommunikasiya xətlərinin saxlanılması və dərinləşdirilməsi, rəqabəti məsuliyyətlə idarə etmək və maraqlarımızın üst-üstə düşdüyü yerlərdə, xüsusən də beynəlxalq ictimaiyyətə təsir edən transmilli çağırışlarda birgə işləmək səylərini müzakirə edəcəklər” -deyə ABŞ Prezident Administrasiyasının sözçüsü Karin Jan-Pier bildirib.

Oxşar