Co Bayden və Kir Starmer Ukraynaya Rusiyanın ərazisinin dərinliklərinə zərbələr həyata keçirməsinə icazə verilməsi məsələsini müzakirə edəcəklər

19:09, 10.09.2024

 
Amerikanın Prezidenti Co Bayden və Britaniyanın Baş naziri Kir Starmer Ukraynaya Rusiyanın ərazisinin dərinliklərinə zərbələr həyata keçirməsinə icazə verilməsi məsələsini müzakirə edəcəklər.

ABŞ dövlət katibi Entoni Blinkenin dediyi kimi, Bayden və Starmer sentyabrın 13-də görüşəcəklər.

“Bayden cümə günü Britaniyanın Baş naziri ilə Ukrayna üçün Rusiya ərazisinə uzaqmənzilli silah zərbələri həyata keçirmək hüququnun verilməsini müzakirə edəcək” – Blinken bildirib.

Blinken həmçinin Böyük Britaniyanın xarici işlər naziri Devid Lem ilə sabah, sentyabrın 11-də birlikdə Kiyevə səfər edəcəklərini açıqlayıb. Son həftələr ərzində Ukrayna aktiv şəkildə müttəfiqləri Rusiyanın dərinliklərində uzaqmənzilli silahların istifadəsinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırmağa çağırırdı.

Oxşar