Co Bayden və Donald Tramp arasında telefon danışığı aparılıb

10:22, 17.09.2024

 
ABŞ Prezidenti Co Bayden və prezidentliyə namizəd Donald Tramp arasında telefon danışığı aparılıb.

Ağ Evin məlumatına əsasən, Bayden və Tramp arasında söhbət səmimi olub və ABŞ Prezidenti Trampın təhlükəsizlikdə olmasına görə özünü rahat hiss edir.

Tramp da telefon danışığına münasibət bildirib.

“Çox yaxşı söhbətimiz oldu. Məxfi Xidmətdən söhbət gedirdi” – Tramp qeyd edib.

Xatırladaq ki, Florida ştatında Trampa məxsus qolf klubunda Donald Trampın yaxınlığında atışma baş verib. Hadisə ilə əlaqəli bir nəfər saxlanılıb, o, 58 yaşlı Rayan Uesli Rutdur. Federal Təhqiqat Bürosunda bildirirlər ki, Trampın qolf klubunda baş verən hadisə görünür qətl cəhdi olub.

Oxşar