Co Bayden Vaşinqtonun Kiyevə F-16 tipli qırıcıları tədarük etməyəcəyini bildirir

10:58, 31.01.2023

 
ABŞ Prezidenti Co Bayden Vaşinqtonun Kiyevə F-16 tipli qırıcıları tədarük etməyəcəyini bildirib.
Ağ Evin qarşısında müxbir Baydenə prezidentin Ukraynaya döyüş təyyarələri verməyi planlaşdırıb-planlaşdırmadığına dair sual ünvanlayıb, Bayden isə “Xeyr” cavabını verib.

Co Bayden bundan əvvəl də hərbi təyyarələrin göndərilməsinin gündəmdə olmadığını açıqlamışdı.

Mediaya açıqlama verən Bayden həmçinin fevralda, Ukraynada müharibənin başlanmasının ildönümündə Avropaya səfər edib-etməyəcəyindən əmin olmadığını bildirib.

Bununla yanaşı, ABŞ lideri Polşaya səfər etməyi planlaşdırdığını, lakin bunun nə zaman olacağından əmin olmadığını qeyd edib.

Xatırladaq ki, ötən həftə ABŞ Prezidenti Ukraynaya M1 Abrams 31 tankının göndərilməsi barədə açıqlamışdı.

Oxşar