Co Bayden Ukrayna və Gürcüstana yardımın ayrılmasını nəzərdə tutan büdcəni imzalayıb
ABŞ Prezidenti Co Bayden Ukrayna və Gürcüstana yardımın ayrılmasını nəzərdə tutan büdcəni imzalayıb.
Büdcə haqqında qanun 2023-cü ilin sentyabr ayına qədər Ukraynaya 45 milyard dollar yardımın ayrılmasını nəzərdə tutur. Doqquz milyard dollar hərbi yardım xərclərini əhatə edir. Daha 16 milyard iqtisadi dəstək və humanitar ehtiyaclar üçün istifadə olunacaq. Döyüş sursatının bir hissəsi Ukraynaya verildikdən sonra ABŞ ordusunun ehtiyatları 12 milyard dollarla doldurulmalıdır. Daha 7 milyardı isə Vaşinqton ABŞ-ın Avropadakı hərbi qüvvələrini maliyyələşdirmək üçün istifadə edəcək.
Bununla yanaşı, ABŞ-ın 2023-cü ilin büdcə layihəsi Gürcüstana yardım şəklində ən azı 132 milyon 25 min dollar ayrılmasını nəzərdə tutur.
Büdcə ümumilikdə 1,7 trilyon dollar təşkil edir.