Co Bayden – uğrunda uzun zaman çalışdığımız gün, Rusiya həbsxanasından azad edilmiş basketbolçu Britni Qriner təhlükəsizlikdədir və artıq yoldadır

18:31, 08.12.2022

 

Uğrunda uzun zaman çalışdığımız gün – ABŞ prezidenti Co Bayden basketbolçu Britni Qrinerin Rusiya həbsxanasından azad edilməsinə belə münasibət bildirib.

Co Baydenin qeyd etdiyi kimi, Britni Qriner təhlükəsizlikdədir və artıq yoldadır. O, Qrinerin geri qaytarılma prosesində vasitəçiliyə görə Birləşmiş Ərəb Əmirliklərinə təşəkkür edib.

“Son bir neçə ay onun həyat yoldaşı, ailəsi və komanda yoldaşları üçün cəhənnəm oldu” -deyə Bayden bildirib.

Həmçinin ABŞ prezidenti artıq Qrinerlə telefonla danışdığını qeyd edib. Bayden onun Rusiyada qəbuledilməz şəraitdə olduğunu söyləyib.

Bir az bundan əvvəl mediada Moskva və Vaşinqtonun Rusiyada saxlanılan Britni Qrinerin azadlığa buraxılması müqabilində Vaşinqtonun məşhur silah alverçisi Viktor Butu azad edəcəyi barədə razılığa gəldiyi barədə məlumat yayıldı.

Oxşar