Co Bayden telefon danışığı zamanı Volodimir Zelenskiyə yeni hərbi yardım paketi vəd edib

21:56, 04.10.2022

Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden və Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı baş tutub. Bayden Zelenskiyə 625 milyon dollar həcmində yeni hərbi yardım paketi vəd edib. Paketə əlavə silah və texnika, o cümlədən “Himars” sistemləri daxildir.

Ağ Ev tərəfindən verilən məlumatda telefon danışığında ABŞ-ın vitse-prezidenti Kamala Harisin də iştirak etdiyi deyilir. Telefon danışığının əsas məqsədi ABŞ-ın Ukrayna ərazilərinin Rusiya tərəfindən ilhaqını heç vaxt tanımayacağını nümayiş etdirməkdir.

“Prezident Bayden həmçinin Amerikanın gələcəkdə Rusiyanın Ukrayna ərazilərinin ilhaqını tanıyan istənilən şəxsə, təşkilata və ya ölkəyə ağır bədəl ödətdirməyə hazır olduğunu təsdiqləyib” -deyə Ağ Evin bəyanatında deyilir.

Oxşar