Co Bayden Tayvan üçün müdafiə sahəsinə xərclənəcək 567 milyon ABŞ dolları həcmində yardımı təsdiqləyib

10:58, 30.09.2024

 
ABŞ Prezidenti Co Bayden Tayvan üçün müdafiə sahəsinə xərclənəcək 567 milyon ABŞ dolları həcmində yardımı təsdiqləyib.

Ağ Ev bəyanatında qeyd edib ki, Bayden dövlət katibinə Müdafiə Departamentinə Tayvana 567 milyon dollar yardım göstərmək üçün göstəriş vermək səlahiyyəti verib.

“Reuters”in yazdığı kimi, bu, ABŞ-nin Çinlə artan gərginlik fonunda Tayvanın hərbi potensialını gücləndirmək üçün atdığı addımdır.

Çin dəfələrlə Vaşinqtondan öz ərazisi hesab etdiyi Tayvana silah satışını dayandırmağı tələb edib.

Oxşar