Co Bayden Rusiyanın terrorizmə sponsorluq edən dövlət kimi tanınmamalı olduğunu bildirir
ABŞ prezidenti Co Bayden Rusiyanın terrorizmə sponsorluq edən dövlət kimi tanınmamalı olduğunu bildirir. Bu barədə “Reuters” agentliyi məlumat yayır.
Jurnalistin Rusiyanın terrorizmin sponsoru kimi tanınıb-tanınmaması ilə bağlı sualına Co Bayden “xeyr” cavabını verib.
Ukrayna hökuməti Rusiyanın terrorizmə sponsorluq edən dövlət kimi tanınmasını tələb edir. Amerika qanunvericilərinin bir hissəsi də sözügedən təşəbbüsün tərəfdarıdır.
ABŞ tərəfindən Kuba, İran, Suriya və Şimali Koreya rəsmi olaraq terrorizmə sponsorluq edən dövlətlər kimi tanınır.