Co Bayden Rusiyanın müvəqqəti atəşkəs təklifi ilə vaxt qazanmaq və qüvvələrini yenidən qruplaşdırmaq istədiyini bildirib

22:52, 05.01.2023

 

ABŞ Prezidenti Co Bayden Rusiyanın müvəqqəti atəşkəs təklifi ilə vaxt qazanmaq və qüvvələrini yenidən qruplaşdırmaq istədiyini bildirib. Co Bayden bu barədə jurnalistin sualına cavabında açıqlayıb.

“Mən Putinin dediklərinə cavab verməyə həvəsli deyiləm. O, dekabrın 25-də, hətta Yeni il günü xəstəxanaları, uşaq bağçalarını, kilsələri bombalamağa hazır idi. Demək istəyirəm ki, Putin sadəcə olaraq oksigen tapmağa çalışır” – deyə Bayden açıqlayıb.

Rusiya Prezidenti Vladimir Putin yanvarın 6-da saat 12:00-dan etibarən birtərəfli atəşkəs haqqında fərman imzalayıb. Kremlin bəyanatında atəşkəs rejiminin Milad bayramı üçün, yanvarın 7-si saat 24:00-dək qüvvədə olacağı qeyd edilib. Moskva Kiyevi də həmçinin bu müddət ərzində atəşi dayandırmağa çağırıb. Kiyevdə Putinin təklifini yanıldıcı adlandırıblar.

Oxşar