Co Bayden Rusiya hakimiyyətini amerikalı basketbolçu Britni Qrayneri dərhal azad etməyə çağırıb
Co Bayden Rusiya hakimiyyətini amerikalı basketbolçu Britni Qrayneri dərhal azad etməyə çağırıb

 

ABŞ prezidenti Co Bayden Rusiya hakimiyyətini amerikalı basketbolçu Britni Qrayneri dərhal azad etməyə çağırıb. Bu barədə Co Baydenin Ağ Evin saytında dərc olunmuş bəyanatında deyilir.

“Bu gün Amerika vətəndaşı Britni Qrayner həbs cəzasına məhkum edildi və bu, dünyanın artıq bildiyi bir şeyi xatırladır: Rusiya Britnini haqsız yerə həbs etdi. Bu qəbuledilməzdir. Mən Rusiyanı onu dərhal azad etməyə çağırıram ki, o, həyat yoldaşı, sevdikləri, dostları və komanda yoldaşları ilə birlikdə ola bilsin. Mənim administrasiyam yorulmadan işləməyə davam edəcək və Brittni və Pol Uilyanı evə mümkün qədər tez və təhlükəsiz şəkildə gətirmək üçün hər fürsətdən istifadə edəcək” -deyə Bayden bildirib.

Rusiya məhkəməsi amerikalı basketbolçu, ikiqat olimpiya çempionu Britni Qreyneri 9 il müddətinə azadlıqdan məhrum edib. Məhkəmə idmançını narkotik vasitələri saxlamaqda və qaçaqmalçılıqda təqsirli bilib. Amerikalı idmançı fevral ayında Moskvanın Şeremetievo hava limanında, yükləri arasında çətənə ​​yağı aşkarlandığına görə saxlanılıb. Rusiyada çətənə həm tibbi, həm də rekreasiya məqsədləri üçün qadağandır.

Pol Uilyana gəlincə, keçmiş dəniz piyadası 2018-ci ilin dekabrında Rusiyada casusluq ittihamı ilə həbs edilib. 2020-ci ilin iyununda o, 16 il müddətinə azadlıqdan məhrum edilib.