Co Bayden kovid pandemiyasının bitdiyini elan etdi – diqqət etsəniz, heç kim maska taxmır, hər kəs olduqca yaxşı vəziyyətdədir
ABŞ prezidenti Co Baydenin sözlərinə görə, “Covid-19” pandemiyası başa çatıb.
“Bizim Covid ilə hələ də problemimiz var. Biz hələ də bunun üzərində çox işləyirik, lakin pandemiya bitib. Diqqət etsəniz, heç kim maska taxmır. Görünür, hər kəs yaxşı vəziyyətdədir. Və buna görə də düşünürəm ki, vəziyyət dəyişir” – deyə ABŞ prezidenti bildirib.
“Politico” nəşri yazır ki, Co Baydenin açıqlamaları Ağ Evin səhiyyə məsələləri ilə məşğul olan əməkdaşlarını təəccübləndirib, çünki bu açıqlama “60 Dəqiqə” müsahibəsindən əvvəl planlaşdırılmayıb.