Co Bayden qlobal iqlim böhranının bütün planetin varlığını təhdid etdiyini bildirir
ABŞ prezidenti Co Bayden qlobal iqlim böhranının bütün planetin varlığını təhdid etdiyini bildirir. Co Bayden bu barədə Misirdə BMT-nin İqlim Dəyişikliyi Konfransında çıxışı zamanı bildirir.
Co Bayden ABŞ-ın iqlim dəyişikliyi ilə mübarizə üzrə öhdəliklərini yerinə yetirəcəyini bildirir.
“İqlim böhranı bəşəriyyətin təhlükəsizliyi, iqtisadi təhlükəsizlik, ekoloji təhlükəsizlik, milli təhlükəsizlik və planetin həyatına aiddir. Mən burada ABŞ prezidenti kimi dayanaraq, bildirirəm ki, ABŞ 2030-cu il üçün tullantıları azaltmaqla bağlı götürdüyü öhdəliyini yerinə yetirəcək” -deyə Co Bayden bildirir.
Bayden qeyd edir ki, beynəlxalq diqqətin Avropada davam edən müharibə və ya artan inflyasiya kimi digər məsələlərə yönəlməsinə baxmayaraq, dünya hökumətlərinin nümayəndələri iqlimlə bağlı öhdəliklərini yerinə yetirməlidirlər.
O , Rusiyanın müharibəsinin mədən yanacağından asılılığın azaldılmasının vacibliyini vurğuladığını bildirir.
“Bu fonda iqlimlə bağlı öhdəliklərimizi ikiqat artırmaq həmişəkindən daha vacibdir. Rusiyanın müharibəsi mədən yanacağından asılılığın azaldılmasının zərurətini vurğulayır”-deyə Bayden bildirir.