Co Bayden G20 zirvə toplantısı çərçivəsində Si Dzinpinlə görüşəcək
ABŞ prezidenti Co Bayden bu gün G20 zirvə toplantısı çərçivəsində, Çin lideri Si Dzinpinlə görüşəcək. Bu, onların prezident kimi ilk görüşüdür.
Son zamanlar iki ölkə arasında gərginlik daha da artıb. Xüsusilə, hərbi eskalasiya təhlükəsi yaranmış Tayvan ətrafındakı vəziyyətə görə. Si Dzinpinqlə görüş zamanı Bayden “qırmızı xətlər” çəkmək və eyni məsələ ilə bağlı Çin tərəfinin mövqeyini eşitmək niyyətindədir.
İndoneziyanın Bali adasında G20 zirvə toplantısı sabah başlayır və burada dünyanın ən böyük iqtisadiyyatlarının liderləri qlobal iqtisadiyyatı və dünyanın üzləşdiyi çağırışları, o cümlədən Ukraynada davam edən müharibəni müzakirə edəcəklər. Rusiya prezidenti Vladimir Putin zirvə toplantısında iştirak etməyəcək. Onun yerinə Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov rəhbərlik edəcək.