Co Bayden – əgər Senat və Nümayəndələr Palatasını itirsək, bizi irəlidə dəhşətli iki il gözləyir

22:55, 08.11.2022

Əgər Senat və Nümayəndələr Palatasını itirsək, bizi irəlidə dəhşətli iki il gözləyir.Yaxşı xəbər odur ki, veto hüququndan istifadə etmək imkanım olacaq – bu barədə ABŞ prezidenti Co Bayden Çikaqoda açıqlayıb.

Bu gün ABŞ-da Konqresin aralıq seçkiləri keçirilir. Seçkilərin nəticələri Konqresə hansı partiyanın nəzarət edəcəyini müəyyənləşdirəcək. Hazırda həm Nümayəndələr Palatasında, həm də Senatda demokratlar əksəriyyəti statusuna malikdirlər.

ABŞ vətəndaşları 435 nəfərdən ibarət Nümayəndələr Palatasının tam tərkibini və Senatın 35 üzvünü seçirlər. Bundan əlavə, 36 ştatda qubernatorlar seçiləcək.

ABŞ-ın 50 ştatının hər biri Senatda altı il müddətinə seçilən iki senatorla təmsil olunur. Nümayəndələr Palatasının üzvlərinin mandatı iki illikdir və daha kiçik vilayətləri təmsil edirlər.

Oxşar