Co Bayden Birləşmiş Millətlər Təşkilatında islahatların aparılmasını tələb edir
ABŞ prezidenti Co Bayden Birləşmiş Millətlər Təşkilatında islahatların aparılmasını tələb edir. O , ABŞ-ın Təhlükəsizlik Şurasında daimi və qeyri-daimi üzvlərin sayının artırılmasının tərəfdarı olduğunu açıqlayıb.
” Bu qurumun bugünkü dünyanın ehtiyaclarına daha yaxşı cavab vermək üçün daha inklüziv olmasının vaxtının yetişdiyinə inanıram. BMT Təhlükəsizlik Şurasının üzvləri, o cümlədən ABŞ, BMT Nizamnaməsini ardıcıl olaraq yerinə yetirməli və dəstəkləməlidir. Şuranın etibarlı və effektiv qalmasını təmin etmək üçün nadir və müstəsna hallar istisna olmaqla, vetodan istifadə etməməlidir. ABŞ həmçinin Təhlükəsizlik Şurasında həm qeyri-daimi, həm də daimi üzvlərinin sayının artırılmasını dəstəkləyir. Söhbət uzun müddətdir dəstəklədiyimiz üzvlər – Afrika, Latın Amerikası və Karib hövzəsi ölkələri üçün daimi yerlərdən gedir”- deyə Co Bayden BMT Baş Assambleyasının 77-ci sessiyasındakı çıxışında bildirib.
BMT Təhlükəsizlik Şurası beş daimi və on qeyri-daimi üzvdən ibarətdir.