Co Bayden – açıq deyirəm, biz ukraynalılara özlərini müdafiə edə bilmələri üçün avadanlıq tədarük etməyə davam edəcəyik, danışıqlarda iştirak etməyəcəyik, Ukraynasız heç nə olmayacaq

21:53, 14.11.2022

 

Ukrayna Xersonda vacib qələbə qazandı. Mən Ukrayna xalqının və hərbçilərinin cəsarətini salamlamaq istəyirəm – bu barədə ABŞ prezidenti Co Bayden bildirib.

Bayden ABŞ-ın Ukraynanı dəstəkləməyə davam edəcəyini bildirib.

“Ukrayna Xersonda vacib qələbə qazandı. Mən Ukrayna xalqının və hərbçilərinin cəsarətini salamlamaq istəyirəm. Onlar artıq möhtəşəmdirlər. Bunun nə demək olduğunu indidən dəqiq söyləmək çətindir, lakin mən açıq deyirəm, biz ukraynalılara özlərini müdafiə edə bilmələri üçün avadanlıq tədarük etməyə davam edəcəyik. Danışıqlarda iştirak etməyəcəyik. Ukraynasız heç nə olmayacaq”- deyə Bayden bildirib.

Oxşar