Co Bayden Ağ Evdə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşəcək
ABŞ-nin Prezidenti Co Bayden sentyabrın 23-də Ağ Evdə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Mohamed bin Zaid Al Nahian ilə görüşəcək.
Bu haqda ABŞ-nin Prezident Administrasiyasının nümayəndəsi Con Kirbi bildirib.
Kirbi bildirib ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Vaşinqtona bu səfəri ilk olacaq.
“Bu, Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Vaşinqtona ilk səfəri olacaq, müvafiq olaraq, tarixi hadisədir” – Kirbi bildirib.
O, Qəzzadakı müharibə, Sudandakı vəziyyət və süni intellekt mövzusunun görüşdə müzakirə olunacaq məsələlər arasında olduğunu bildirib. ABŞ-nin Prezident Administrasiyasının nümayəndəsi qeyd edib ki, ABŞ-nin vitse-prezidenti Kamala Harris də Birləşmiş Ərəb Əmirliklərinin lideri ilə görüşəcək. Con Kirbinin izahına əsasən, regional məsələlərlə əlaqədar Co Bayden və vitse-prezident Kamala Harris Qəzzada mövcud böhranı, Birləşmiş Ərəb Əmirliklərinin humanitar böhranın həllində mühüm rolunu, eləcə də Sudan böhranını müzakirə edəcəklər. Bununla yanaşı, Kirbi humanitar yardım marşrutlarının açılması və atəşkəsə nail olunması üçün səylərin gücləndirilməsinin vacibliyini qeyd edib.