Co Bayden – ABŞ Ukraynanı nə qədər lazımdırsa, o qədər də dəstəkləyəcək

10:33, 19.09.2022

 

ABŞ Ukraynanı nə qədər lazımdırsa, o qədər də dəstəkləyəcək-bu barədə ABŞ prezidenti Co Bayden “CBS” nəşrinə müsahibəsində açıqlayıb.

ABŞ prezidenti amerikalı hərbçilərin Ukraynadakı müharibədə iştirak etməyəcəyini, lakin Ukraynadan fərqli olaraq, Çinin işğalı halında ABŞ ordusunun Tayvanı müdafiə edəcəyini bildirib.

“Ukrayna bizim və müttəfiqlərimizin onlara göstərdiyi əhəmiyyətli yardım, inanılmaz cəsarət və Ukrayna xalqının inanılmaz əzmi sayəsində müharibəni uduzmur və bəzi sahələrdə uğur qazanırlar. Ukraynada müharibədə qalib gəlmək Rusiyanın Ukraynadan tamamilə çıxarılması və suverenliyin tanınmasıdır. Rusiyanı məğlub edirlər. Rusiya çoxlarının düşündüyü qədər bacarıqlı və effektiv deyildi. Lakin müharibədə qələbəni– onun vurduğu ziyan, dinc sakinlər və günahsız insanların öldürülməsi – qələbə kimi hesab etmək olduqca çətindir. Rusiyanın etdikləri, mülki xəstəxanalardan tutmuş qocalar evlərinə, adi insanların məskunlaşdığı məhəllələrə qədər hər şeyə hücumları barbarlıq idi ” -deyə Co Bayden qeyd edib.

Oxşar