Co Bayden 11 sentyabr anım tədbirində az bir müddət ərzində Trampın kampaniya papağını başına qoyub
“BBC”nin məlumatına əsasən, ABŞ Prezidenti Co Bayden 11 sentyabr anım tədbirində az bir müddət ərzində Trampın kampaniya papağını başına qoyub.
Medianın yazdığı kimi, Bayden Pensilvaniyada, 2001-ci ilin sentyabrın 11-də qaçırılan 4 təyyarədən birinin qəzaya uğradığı yerin yaxınlığında olub.
Ağ Evin bəyanatına əsasən, prezidentin bu hərəkəti birlik göstərmək jesti olub.
Videoda prezidentin Tramp tərəfdarı ilə necə mehriban söhbət etdiyi görünür, daha sonra isə onlar papaqlarını dəyişiblər.
Donald Trampın seçki qərargahının üzvləri sosial şəbəkədə “Dəstək üçün təşəkkürlər, Co!” yazısı ilə şəkli paylaşıblar.