Co Bayden – Ən çətin dövrədə biz daha da güclənirik, sevgi və dəstəyə görə təşəkkür edirəm
Amerikanın sabiq prezidenti Co Bayden xalqa dəstəyə görə təşəkkür edib.
“Xərçəng hər birimizə toxunur. Bir çoxlarınız kimi Cill və mən də çətin dövrdə daha da gücləndiyimizi öyrəndik. Sevginiz və dəstəyiniz üçün təşəkkür edirəm”, – Amerikanın sabiq prezidenti sosial şəbəkədə yazır.
Məlumat üçün bildirək ki, Co Baydenin ofisi Baydenə prostat xərçəngi diaqnozu qoyulduğunu açıqlayıb. ABŞ prezidenti Donald Tramp Co Baydenə tezliklə sağalmasını arzulayıb.