"CNN" - Yaxın Şərqdə münaqişənin başlanmasından indiyədək 1700-dən çox insan həlak olub, 1000-dən çoxu isə yaralanıb
Yaxın Şərqdə münaqişənin başlanmasından indiyədək 1700-dən çox insan həlak olub, 1000-dən çoxu isə yaralanıb, – bu barədə “CNN” yazır.
ABŞ-da yerləşən hüquq müdafiə təşkilatının göstəricilərinə görə, 28 fevraldan sonra İsrail və ABŞ-ın hücumları nəticəsində İranda 1205 mülki şəxs həlak olub, onların arasında 194 uşaqdır.
Bununla yanaşı, Livan Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Livana hücumu nəticəsində 486 nəfər həlak olub.
Küveyt Daxili İşlər Nazirliyinin məlumatına görə, Küveytdə altı amerikalı hərbi qulluqçu, iki küveytli hərbçi və iki küveyt təhlükəsizlik əməkdaşı da daxil olmaqla ən azı 12 nəfər həlak olub.
İsrailin Fövqəladə Halların İdarə Olunması Xidmətinin məlumatına görə, müharibənin başlanğıcından bəri İsraildə baş verən hücumlar nəticəsində ən azı 11 nəfər həlak olub.
Birləşmiş Ərəb Əmirlikləri Müdafiə Nazirliyinin məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərində ən azı üç nəfər həlak olub.