"CNN" - Vladimir Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkofla görüş zamanı Donald Trampla görüş ideyasını bildirdi
"CNN" - Vladimir Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkofla görüş zamanı Donald Trampla görüş ideyasını bildirdi

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla görüş zamanı prezident Donald Trampla görüş ideyasını bildirdi. Bu barədə Ağ Evin yüksək rütbəli rəsmi şəxsi CNN-ə bildirib.

Mənbələrin qeyd etdiyinə görə, bundan sonra Trampın köməkçiləri dərhal görüşə hazırlığa başlayıblar.

Görüş üçün vaxt lazım olsa da, mənbələr Trampın komandasını tez hərəkət etməyə çağırdığını bildirir.

Görüşün yeri hələ müəyyən edilməyib, amma Ağ Evin məlumatına görə, bir neçə variant müzakirə olunur.

Danışıqların gələn həftə və ya yaxın iki həftə ərzində baş tuta biləcəyi barədə məlumat yayılır.