“CNN” – Ukrayna ABŞ-dan reaktiv yaylım atəşi sistemləri üçün kasetli döyüş başlıqları tədarük etməyi xahiş edir, lakin Bayden Administrasiyası hələlik təmkinli davranır
Ukrayna ABŞ-dan reaktiv yaylım atəşi sistemləri üçün kasetli döyüş başlıqları tədarük etməyi xahiş edir, lakin Bayden Administrasiyası hələlik təmkinli davranır. Bu barədə “CNN” anonim yüksək vəzifəli rəsmilərə istinadən məlumat verir.
“CNN”in yazdığı kimi, Kiyev aylardır bu avadanlığın tədarük edilməsini xahiş edir, Vaşinqton isə yuxarıda bəhsi keçən vasitənin çatdırılmasını istisna etmir, hərçənd bunu ekstremal tədbir olaraq görür, ancaq Ukraynanın digər tədarükləri tükənəcəyi təqdirdə. Bununla belə, kasetli döyüş başlıqlarının başqa ölkələrə verilməsi Konqresin sərəncamıyla məhdudlaşdırılıb.
Qeyd etmək lazımdır ki, kaset silahları 2010-cu ildə qəbul edilmiş beynəlxalq konvensiya ilə qadağan edilib, hərçənd nə Ukrayna, nə ABŞ, nə də Rusiya bu konvensiyaya qoşulmayıb.