“CNN” tərəfindən verilən məlumatda İranın Rusiyaya 1000 ədəd silah, o cümlədən yaxın mənzilli ballistik raketlər göndərməyə hazırlaşdığı deyilir

19:20, 01.11.2022

 

“CNN” tərəfindən verilən məlumatda İranın Rusiyaya 1000 ədəd silah, o cümlədən yaxın mənzilli “torpaq-torpaq” ballistik raketlər göndərməyə hazırlaşdığı deyilir.

Televiziya şirkəti bu məlumatı anonim mənbəyə istinadən dərc edir.

Anonim mənbədən verilən məlumatda Rusiyanın İrandan göndərilən silahları ilin sonuna kimi alacağı deyilir.

“CNN” həmçinin İranın artıq noyabrda Rusiyaya 200 döyüş PUA-sı göndərəcəyi barədə yazır. Ukrayna kəşfiyyatı tərəfindən verilən məlumatda bildirilir ki, dronların Xəzər dənizi vasitəsilə Astraxan limanına gətirilməsi planlaşdırılır.

“CNN” tərəfindən yayılan məlumatda İrandan Rusiyaya göndərilən silahların son partiyasına 450 PUA-nın daxil olduğu, onların da böyük bir hissəsini artıq rusların Ukraynada istifadə etdikləri deyilir.

Oxşar