“CNN” – Pentaqonda baş verən hadisə yalançı həyəcan siqnalı idi

20:55, 11.06.2026

Pentaqonda baş vermiş hadisənin yalançı həyəcan siqnalı olduğu məlum olub. Məlumatı “CNN” öz mənbələrinə istinadən yayır.

Bundan əvvəl Pentaqonun bir neçə mərtəbəsinin bağlandığı və insanların binadan təxliyə edildiyi barədə məlumat yayıldı.

“CNN”in yazdığına görə, buna səbəb “hava keyfiyyəti ilə bağlı problem” olub.

Oxşar