"CNN" - İsrailin Livana yenidən hücumları nəticəsində 110 uşaq həlak olub
"CNN" - İsrailin Livana yenidən hücumları nəticəsində 110 uşaq həlak olub

İsrailin Livana yenidən hücumları nəticəsində 110 uşaq həlak olub.

“CNN”nin məlumatına görə, onların arasında hava hücumu nəticəsində beş uşağının hamısını itirən bir ailə də var.

İsrail silahlı qüvvələrinin izah etdiyi kimi, onlar “Hizbullah” döyüşçülərinə qarşı hərbi əməliyyat keçirirlər və bu əməliyyat çərçivəsində ümumilikdə mindən çox insan həlak olub.