“CNN” – işğal olunmuş Xerson Vilayət Administrasiyasında Rusiyaya birləşmək üçün nəzərdə tutulan referendumun təxirə salındığını elan edirlər

19:50, 05.09.2022

 
İşğal olunmuş Xerson Vilayət Administrasiyasında Rusiyaya birləşmək üçün nəzərdə tutulan referendumun təxirə salındığını bildirirlər. “CNN” bu barədə işğal olunmuş Xersonda Rusiyanın dəstəklədiyi administrasiya rəhbərinin müavini Kirill Stremousovun açıqladığını bildirir.

“Xerson vilayəti Rusiya Federasiyasına birləşmək üçün referendum keçirməyə hazırdır, lakin mövcud təhlükəsizlik vəziyyəti ilə əlaqədar olaraq, fasilə verilib”, -deyə Stremousov bildirib.

Ukrayna və Qərb ölkələrinin rəsmiləri uzun müddətdir Rusiyanın Ukraynanın işğal olunmuş ərazilərində saxta referendumlar keçirmək cəhdini tənqid ediblər.

“CNN”in yazdığı üzrə, Stremousovun bəyanatı təxminən bir həftə əvvəl Ukraynanın Xerson vilayətində əks-hücum əməliyyatına başladığını elan etməsindən sonra verilib.

Bundan əvvəl Ukraynanın vitse-baş naziri İrina Vereşçuk referendum keçirmək cəhdini sirk adlandırmışdı. O, əhalini bu tədbirlərdə iştirak etməməyə çağırıb.

Oxşar