“CNN” – qərbli müttəfiqlər Ukraynanı Baxmutda şiddətli döyüşlərdən əl çəkməyə və diqqətini cənubda hücuma keçməyə çağırır, lakin Zelenski buna hazır deyil

20:40, 24.01.2023

 

Qərbli müttəfiqlər Ukraynanı Baxmutda şiddətli döyüşlərdən əl çəkməyə və diqqətini cənubda hücuma keçməyə çağırır, lakin Volodimir Zelenski Baxmutu güzəştə getməyə hazır deyil-bu barədə “CNN” ABŞ və Ukrayna hökumətlərinin nümayəndələrinə istinadən yazır.

“Bu, şiddətli və dağıdıcı döyüşdür. Gündəlik hər tərəf 100-400 metr yer və bir neçə min artilleriya atəşi mübadiləsi aparır. Baxmut hərbi baxımdan, hər hansı infrastruktur baxımından daha az cəlbedicidir, şəhər bu qədər məhv edilməsəydi bu başqa cür ola bilərdi”-deyə qərb ölkələrindən birinin kəşfiyyat nümayəndəsi “CNN”ə bildirib.

Baxmut separatçıların nəzarətində olan Donetsk və Luqansk şəhərləri arasında yerləşir. Güclü bombardmanlar şəhəri demək olar ki, tamamilə məhv edib.

Oxşar