"CNN" - “Exit-poll”un nəticələrinə görə, Yaponiyanın parlament seçkilərində Baş nazirin Liberal Demokrat Partiyası liderlik edir
"CNN" - “Exit-poll”un nəticələrinə görə, Yaponiyanın parlament seçkilərində Baş nazirin Liberal Demokrat Partiyası liderlik edir

“Exit-poll”un nəticələrinə görə, Baş nazir Sanae Takaiçinin Liberal Demokrat Partiyası (LDP) Yaponiya parlament seçkilərində liderlik edir.

“CNN” qəzetinin “exit-poll”un nəticələrinə əsasən yazdığına görə, Takaiçinin partiyası növbədənkənar seçkilərdə aşağı palatada 300-dən çox yer qazana bilər. Çoxluq üçün 233 yer tələb olunur.

Nəticələrə görə, hakim partiya və onun tərəfdaşı Yaponiya İnnovasiyalar Partiyası 465 yerdən üçdə ikisini tuta bilər.

Məlumat üçün bildirək ki, Sanae Takaiçi 21 oktyabr 2025-ci ildə Yaponiyanın Baş naziri seçilib. Medianın yazdığına görə, Liberal Demokrat Partiyası əvvəllər Takaiçidən əvvəlki prezidentlərin dövründə korrupsiya qalmaqalları və artan xərclər səbəbindən parlament çoxluğunu itirmişdi.