“CNN” – Donald Tramp Rusiya-Ukrayna danışıqlarında iştirak etmək üçün Türkiyəyə getməyi planlaşdırmır
“CNN” – Donald Tramp Rusiya-Ukrayna danışıqlarında iştirak etmək üçün Türkiyəyə getməyi planlaşdırmır

ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna danışıqlarında iştirak etmək üçün Türkiyəyə getməyi planlaşdırmır.

Bu barədə “CNN” Ağ Evin yüksək vəzifəli şəxslərinə istinadən məlumat yayır.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Ukrayna və Rusiya arasında danışıqlar üçün İstanbula səfər edəcəyini istisna etmirdi.

“Sabahkı günümüz tam doludur, amma həyatları xilas etmək üçün cədvəlimi dəyişməyə hazıram”, – bundan əvvəl Tramp qeyd edib.

Məlumat üçün bildirək ki, Donald Tramp Yaxın Şərqdə rəsmi səfərdədir. O, mayın 13-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gəlib, mayın 14-də Qətərə səfər edib və görüşlərini 15 may tarixində Birləşmiş Ərəb Əmirliklərində başa çatdıracaq.

Bununla yanaşı, Rusiya prezidenti Vladimir Putin İstanbulda danışıqlara təqdim olunan nümayəndə heyətinin tərkibini açıqlayıb. Siyahıdan məlum olur ki, Vladimir Putin özü Türkiyəyə getməyəcək.