“CNN” – Donald Tramp gələn ay Türkiyəyə səfər edə bilər

11:00, 11.04.2025

ABŞ prezidenti Donald Tramp gələn ay Türkiyəyə səfər edə bilər, – bu barədə “CNN” yazır.

“CNN” Ağ Evin yüksək rütbəli rəsmi şəxsinə və iki anonim mənbəyə istinadən yazır ki, mümkün səfər Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfərlərdən sonra baş tutacaq. Mənbələrin dediyinə görə, hələ qərarın verilməyib və təfərrüatlar hələ də işlənir.

Ağ Evin yüksək rütbəli rəsmi şəxsi “CNN”ə bildirib ki, Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla son telefon danışığı zamanı səfəri müzakirə edib.

Bununla yanaşı, mənbələrin dediyinə görə, ABŞ prezidenti İsrailə səfər etməyi planlaşdırmır.

“CNN”nin yazdığı kimi, Türkiyəyə səfər baş tutsa, bu, Trampın vəzifəyə başladıqdan sonra Türkiyəyə ilk səfəri olacaq.

Oxşar