"CNN" - „Artemis II“ missiyası çərçivəsində Aya uçan „Orion“ kosmik gəmisində maye tullantılarının utilizasiyası ilə bağlı problem yaranıb
“CNN”in məlumatına görə, „Artemis II“ missiyası çərçivəsində Aya uçan „Orion“ kosmik gəmisində maye tullantılarının utilizasiyası ilə bağlı problem yaranıb. Missiya rəhbərinin sözlərinə görə, su borusunda buz əmələ gəlib. Bununla əlaqədar, “NASA”nın mütəxəssisləri kosmik gəmini elə çevirmək qərarına gəliblər ki, bu kanal Günəşə yönəlsin və yaranmış buz bu şəkildə əridilsin.
“CNN”in məlumatına görə, yığılmış maye tullantıların bir hissəsini kosmik vakuuma buraxmaq yolu ilə aradan qaldırmaq mümkün olub.
Problemə görə, “Orion“ heyətinə tualetdən yalnız bərk tullantılar üçün istifadə etmələri və mayelərin toplanması üçün xüsusi qablardan istifadə etmələri tövsiyə olunub.
“Orion” kosmik gəmisi aprelin 1-də ABŞ-ın şərq sahilindən buraxılıb. Gəminin göyərtəsində “NASA”nın astronavtları Rid Uayzman, Viktor Qlover və Kristina Kuk, həmçinin Kanada Kosmik Agentliyinin astronavtı Ceremi Hansen var.
Ekipaj on gün ərzində Ay ətrafında dövrə vuracaq və Yerə qayıdacaq.