"CNN" - ABŞ prezident administrasiyası İranın ABŞ-ın İranın nüvə obyektlərinə hücumuna görə cavab tədbirləri görəcəyini gözləyirdi
ABŞ prezident administrasiyası İranın ABŞ-ın İranın nüvə obyektlərinə hücumuna görə cavab tədbirləri görəcəyini gözləyirdi, – bu barədə “CNN” Ağ Evin yüksək rütbəli şəxsinə istinadən yazır.
“Biz onların qisas alacaqlarını bilirdik. Qasım Süleymaninin ölümündən sonra da eyni reaksiyanı verdilər”, – Ağ Evin yüksək rütbəli rəsmi şəxsi „CNN“ə bildirib. Qasım Süleymani 2020-ci ilin yanvarın 3-də ABŞ prezidenti Donald Trampın göstərişi ilə Bağdadda öldürüldü və bu, İranın ABŞ bazalarına hücumuna səbəb oldu.
Anonim mənbənin dediyinə görə, ilkin qiymətləndirməyə əsasən, iranlıların atdığı raketlər təyinat yerinə dəyməyib.
Yüksək rütbəli rəsmi şəxs həmçinin bildirir ki, Tramp zərurət yarandığı halda ABŞ-ın hərbi iştirakını artırmağa hazırdır, lakin hazırki mərhələdə bunu istəmir.