“CNN” – ABŞ bu mərhələdə böyük ehtimalla Ukraynaya uzaqmənzilli raket sistemlərini tədarük etməyəcək

20:49, 15.09.2022

 

“CNN” teleşirkəti tərəfindən verilən məlumatda bildirilir ki, ABŞ bu mərhələdə böyük ehtimalla Ukraynaya uzaqmənzilli raket sistemlərini tədarük etməyəcək.

Ağ Ev administrasiyasından “CNN”ə , Vaşinqtonda indiki mərhələdə Ukraynaya hərbi yardımda dəyişikliyin planlaşdırılmadığını bildiriblər.

Tele-şirkətin verdiyi məlumata əsasən ABŞ rəsmiləri hesab edir ki, Ukrayna silahlı qüvvələrinin son zamanlarda döyüş meydanında əldə etdiyi irəliləyişlər Qərbin Kiyevə verdiyi silah və kəşfiyyat məlumatlarının səmərəli işləməsi deməkdir.

Bununla belə, Ağ Ev administrasiyası hesab edir ki, Ukraynanın müharibədə əldə etdiyi irəliləyişi dönüş nöqtəsi kimi qiymətləndirmək hələ tezdir, çünki Rusiya hələ də hərbi gücünü ortaya qoymayıb.

“CNN”in məlumatına görə, rəsmilər döyüş meydanında vəziyyətin qısa müddətdə silah tədarükü strategiyasında dəyişikliklərin edilməsinin zərurət daşıyacaq qədər dəyişdiyinə inanmırlar. Bayden administrasiyasında bildirirlər ki, Ukrayna hətta hazırda Qərbdən aldığı silahlarla belə azad edilmiş əraziləri saxlaya bilər. Bu səbəbdən Ukrayna tərəfinin bəzi tələbləri Vaşinqtonda yerinə yetirilmir.

“CNN”in məlumatına görə, ilk növbədə söhbət 300 kilometr radiusda yerləşən hədəfləri məhv edə bilən uzun mənzilli yüksək dəqiqlikli ATACAMS raket sistemindən gedir. Tele-şirkətin məlumatına əsasən, Bayden administrasiyası indiki mərhələdə bu sistemləri Ukraynaya göndərmək fikrində deyil. Ağ Evdə buna səbəb kimi “eskalasiya təhlükəsi” göstərilir, çünki bu sistemlərdən birbaşa Rusiya ərazisində istifadə etmək olar.

Oxşar