Çinin Ticarət Nazirliyində Çinin ABŞ ilə ticarət danışıqlarına hazır olduğunu bildirirlər
Çin ABŞ ilə ticarət danışıqlarına hazırdır. Bu barədə Çin Ticarət Nazirliyində bəyan ediblər.
Nazirlik nümayəndəsinin bildirdiyinə görə, ABŞ Çin tərəfinə Çin tərəfinin nəzərdən keçirdiyi ticarət məsələləri üzrə danışıqlara başlamağa hazır olduğu barədə siqnal göndərib.
Eyni zamanda, Çin tərəfi ABŞ-dan birtərəfli əlavə rüsumları ləğv etmək üçün tədbirlər görməsini tələb edir.