Çinin Prezidenti Si Dzinpin rəsmi səfərlə Qazaxıstana gedib

17:56, 02.07.2024

 
Çinin Prezidenti Si Dzinpin rəsmi səfərlə Qazaxıstana gedib. Bu, Çinin Prezidentinin Qazaxıstana beşinci səfəridir.

Onu Astana Hava Limanında Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev qarşılayıb.

Si Dzinpin “Şanxay Əməkdaşlıq Təşkilatı”nın Dövlət Başçıları Şurasının 24-cü iclasında iştirak edəcək.

Səfər çərçivəsində Si Dzinpin qazaxıstanlı həmkarı ilə danışıqlar aparacaq, ikitərəfli münasibətlər, əsas sahələrdə əməkdaşlıq, regional və beynəlxalq məsələlər söhbətin əsas mövzuları olacaq.

Prezidentlər Çin-Qazaxıstanın daimi hərtərəfli strateji tərəfdaşlığının inkişafı üçün yeni planları müzakirə edəcəklər.

Qazaxıstan Çinin Prezidentinin Mərkəzi Asiya turnesinin ilk ölkəsidir. Si Dzinpin Qazaxıstandan sonra Tacikistana səfər edəcək.

Oxşar