Çinin xarici işlər naziri – Əgər ABŞ müsəlmanların hüquqlarına görə bu qədər narahatdırsa, niyə Yaxın Şərq kimi regionlarda daima təxribat törədir və ya müharibələri dəstəkləyir?

18:53, 26.09.2024

 
Əgər Amerika Birləşmiş Ştatları müsəlmanların hüquqlarına görə bu qədər narahatdırsa, niyə Yaxın Şərq kimi regionlarda daima təxribat törədir və ya müharibələri dəstəkləyir? – bu haqda Çinin xarici işlər naziri Van Yi BMT-nin Baş Assambleyası çərçivəsində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Turk və üzv ölkələrin xarici işlər nazirləri ilə görüşdə deyib.

Çinin Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Amerika Birləşmiş Ştatları kimi bir neçə ölkə tərəfindən insan hüquqları ilə bağlı məsələlərlə siyasi manipulyasiyalar bütün dünyada getdikcə daha çox qeyri-populyar olur.

“Müsəlman ölkələrinin böyük əksəriyyəti Amerika Birləşmiş Ştatlarının hiylələrini çoxdan görüb və başa düşür ki, o, sadəcə olaraq insan haqlarından Çinin və digər inkişaf etməkdə olan ölkələrin daxili işlərinə müdaxilə üçün bəhanə kimi istifadə edir. Amerika Birləşmiş Ştatları və onun davamçılarının oxşar hərəkəti onların insan hüquqları məsələlərində ikili standartlarını bir daha dünyaya nümayiş etdirdi. Amerika Birləşmiş Ştatları müsəlmanların hüquqlarına görə bu qədər narahatdırsa, nə üçün Yaxın Şərq kimi bölgələrdə daima təxribat törədir və çoxlu günahsız müsəlmanın ölümü ilə nəticələnən müharibələri dəstəkləyir? Nə üçün ərəb xalqının üzləşdiyi tarixi ədalətsizliyə göz yumur və Fələstinin Birləşmiş Millətlər Təşkilatına tamhüquqlu üzv olmasını dəstəkləmir? Niyə o, daimi atəşkəs və Qəzzadan qoşunların tam çıxarılmasında öz rolunu yerinə yetirə bilmir? – Van Yi bildirib.

Oxşar