Çinin BMT-dəki nümayəndəsi - Luqanskda tələbə yataqxanasına edilən hücumla bağlı narahatlığımızı bildiririk, mülki şəxsləri hədəf alan hər hansı bir hücumu pisləyirik
Çinin BMT-dəki nümayəndəsi - Luqanskda tələbə yataqxanasına edilən hücumla bağlı narahatlığımızı bildiririk, mülki şəxsləri hədəf alan hər hansı bir hücumu pisləyirik

Çinin BMT-dəki nümayəndəsi Fu Konq mülki əhalini hədəf alan hər bir hücumu pisləyir, Ukrayna və Rusiya tərəflərini dinc sakinlərə və mülki infrastruktura qarşı hücumları dayandırmağa çağırırb.

Fu Konqun sözlərinə görə, Rusiya və Ukrayna arasında hərtərəfli və uzunmüddətli sülh sazişinin əldə olunması üçün bütün tərəflər siyasi iradə nümayiş etdirməlidir.

“Çin Starobelskdə məktəbə pilotsuz uçuş aparatları (dronlar) ilə edilən hücum barədə məlumatlar alıb və hücum nəticəsində, xüsusilə tələbələr arasında olan itkilərə görə dərin narahatlığını ifadə edir. Çin hədəfi günahsız dinc sakinlər olan hər bir hücumu pisləyir. Ukraynanın uzanan böhranı, döyüş meydanında gərginləşən vəziyyət və sıravi insanların çəkdiyi böyük əzablar – bütün bunlar heç bir tərəfin, o cümlədən Çinin görmək istəmədiyi şeylərdir”, – Fu Konq bildirib.

Çinin BMT-dəki nümayəndəsi tərəfləri təmkinli olmağa və beynəlxalq humanitar hüquqa riayət etməyə çağırıb. Bununla yanaşı, onun sözlərinə görə, Çinin Ukrayna məsələsi ilə bağlı mövqeyi obyektiv və qərəzsizdir, həmçinin ölkə beynəlxalq ictimaiyyətlə əməkdaşlığa əməkdaşlıq etməyə hazırdır. Həmçinin, Çin böhranın siyasi yolla həllində konstruktiv rol oynamağa davam etməyə hazırdır.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Ukraynanı tələbə yataqxanasına hücumda günahlandırdı. Medianın məlumatına görə, Rusiya Prezidenti altı nəfərin ölümü, 40 nəfərin isə yaralanması ilə nəticələnən hücumu terror aktı adlandırıb və hərbçilərə cavab tədbirləri hazırlamağı tapşırıb.