Çində son 24 saat ərzində koronavirusa rekord sayda 40 052 yeni yoluxma halı aşkarlanıb

11:29, 28.11.2022

 

Çində “Covid-19″a növbəti gündəlik rekord sayda yoluxma qeydə alınıb. Media tərəfindən yayılan məlumatda son 24 saat ərzində ölkə miqyasında koronavirusa 40 052 yeni yoluxma halı aşkarlandığı deyilir.

Artıq beşinci gündür ki, ölkədə gündəlik yoluxmada artan göstərici qeydə alınır. Ötən gün yeni yoluxma hallarının sayı 39 506-nı təşkil edib.

Ən çox yoluxma halları Quanjou və Chuntsində qeydə alınıb.

Çində “Covid-19”-a qarşı dırnaq arası Sıfır Siyasət tətbiq olunur, bu isə sərt məhdudiyyətlərin qoyulmasını nəzərdə tutur. Vətəndaşlar kovid məhdudiyyətlərinə etiraz ediblər və Çinin bir neçə böyük şəhərində kovid məhdudiyyətlərinə qarşı etirazlar davam edir. Aksiya iştirakçıları Si Dzinpinin istefasını tələb edirlər.

Oxşar