“Cinayət Məcəlləsi”nə vətənə xəyanət maddəsinin əlavə edilməsi ilə bağlı dəyişikliklər təşəbbüsü irəli sürülüb
“Cinayət Məcəlləsi”nə vətənə xəyanət maddəsinin əlavə edilməsi ilə bağlı dəyişikliklər təşəbbüsü irəli sürülüb

Artıq “Cinayət Məcəlləsi”nə vətənə xəyanət maddəsinin əlavə edilməsi ilə bağlı dəyişikliklər təşəbbüsü irəli sürülüb.

Dəyişikliklərə əsasən, vətənə xəyanət “Cinayət Məcəlləsi”ndə nəzərdə tutulmuş ərazi toxunulmazlığını pozmaq, konstitusiyaya zidd saziş bağlamaq və ya danışıqlar aparmaq, Gürcüstanın xarici təhlükəsizliyini pozmaq, xarici kəşfiyyat xidmətinə daxil olmaq, Gürcüstanın müdafiə qabiliyyətini pozmaq, dövlət sirrini açmaq kimi əməllərdən hər hansı birinin törədilməsi hesab ediləcək; Həmçinin, Gürcüstanın konstitusiya quruluşunu zorla dəyişdirmək üçün casusluq, sui-qəsd və ya üsyan, təxribat və ya xarici ölkəyə, xarici təşkilata və ya xarici nəzarətdə olan təşkilata düşmənçilik fəaliyyətində köməklik göstərmək.