Çin Xarici İşlər Nazirliyinin sözçüsü – Amerika xalqının seçiminə hörmət edirik və Trampı prezident seçilməsi münasibətilə təbrik edirik

20:50, 06.11.2024

Çin Xarici İşlər Nazirliyi Donald Trampı ABŞ-da keçirilən prezident seçkilərində qələbəsi münasibətilə təbrik edir.

Bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Lin Dzian sosial şəbəkədə yazıb.

Biz Amerika xalqının seçiminə hörmət edirik və cənab Trampı ABŞ prezidenti seçilməsi münasibətilə təbrik edirik, – Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Dzian yazır.

İlkin göstəricilərə görə, ABŞ-ın prezident seçkilərində Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp qalib gəlib.

Oxşar